Qısa məzmun
Zakaz.az Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Çağrı mərkəzinə daxil olan bütün zəngləri operativ şəkildə cavablandırmaq;
- Müəssisənin xidmətləri haqqında müştəriləri düzgün məlumatlandırmaq;
- Sifarişi qeydə alaraq, icrasını izləmək;
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləyib müvafiq struktura yönəltmək;
- Sosial media səhifələrinə daxil olan müraciətləri və şərtləri cavablandırmaq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsilə üstünlük verilir.
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- MS Office proqramlarını bilməli;
- Qeyd olunan vəzifə üzrə minimum 1 il iş təcrübəsi; (elektronika sahəsində təcrübə arzuolunandır).
Qeyd olunan vakansiyaya uyğun olan namizədlər mövzu yerində “ Çağrı mərkəzi operatoru ” qeyd etməklə cv@zakaz.az ünvanına CV göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...