Çağrı Mərkəzi Operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Badamlı Çağrı Mərkəzi Operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Bu 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, uyğun sahə üzrə təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandamıza qoşulmağa dəvət edirik!
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

Bizim üçün ideal namizəd:

  • Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Adekvat əmək haqqı
  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
  • Davamlı karyera inkişafı
  • Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları
  • Telefonda ünsiyyət və təqdimat bacarığı
  • Fikrini aydın ifadə etmə və səlist danışıq qabiliyyəti
  • Stressə davamlılıq və etirazlarlarla işləmə bacarığı
  • Yüksək dərəcədə icraya meyillilik və komandada işləmə qabiliyyəti
  • Azərbaycan və Rus dillərində səlist danışıq, İngilis dili arzu olunandır

Görəcəyiniz işlər:

  • Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və müvafiq sistemdə qeydiyyatını aparmaq;
  • Müraciətləri aidiyyatı bölmələrə yönəltmək və prosesin gedişatını nəzarətdə saxlamaq;
  • Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını izləmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini etmək;
  • Müvafiq çağırı mərkəzi proqramını nəzarətdə saxlamaq;
  • İşin gedişatı haqqında rəhbərliyə hesabat vermək

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi
karyera@badamli.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Çağrı Mərkəzi Operatoru”)

Oxşar vakansiya siyahısı:

350 — 600 ₼
Operator

Ritm mebel Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Ritm Mebel

17.05.2024 - Bakı

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı