Business Development Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Biznesin İnkişafı üzrə Mütəxəssis tələb olunur.

Vəzifənin rolu

Biznesin İnkişafı üzrə Mütəxəssisin rolu, müqavilə danışıqları, şərtlər müzakirələri, təchizatçılara nəzarət və s. daxil olmaqla, əlaqələrin qurulmasından işin tamamlanmasına qədər layihələri həyata keçirməkdir.

Vəzifə öhdəlikləri:

  • Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyət qurur
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması, müxtəlif təqdimatlar aparır
  • Tenderlər, iş görüşləri, danışıqlar aparır
  • Layihə tədarükçüləri və iştirakçılarını koordinasiya edir
  • Müqavilə imzalanana qədər əlaqəli mövzularda biznes əməliyyatları heyəti və hüquqşunaslar arasında danışıqları koordinasiya edir
  • Layihə tələblərini və cədvəlini yerinə yetirmələri üçün layihələrə nəzarət edir və müxtəlif layihə iştirakçıları arasında koordinasiyanı təşkil edir

Əsas tələblər:

  • Təhsil:
  • Biznes sahəsində ali təhsil
  • Təcrübə:
  • Biznesin inkişafı sahəsində minimum 1 il təcrübə
  • Professional Biliklər:
  • Maliyyə üzrə ilkin biliklər
  • Marketinq üzrə əsas biliklər
  • Müqavilə hüququ üzrə əsas biliklər
  • Layihənin idarəolunması
  • Səlis İngilis və Rus dili biliyi
  • MS Office Proqramları
  • Professional Bacarıqlar və Kompetensiyalar:
  • İşgüzar ünsiyyət
  • Danışıq bacarıqları
  • Zamanın idarə edilməsi
  • Təqdimat bacarıqları
  • Tədqiqat bacarıqları
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı