Büdcələmə üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon Büdcələmə üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ACCA üzrə sertifikatların olması arzuolunandır.

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Büdcələmə üzrə aparıcı mütəxəssis

Öhdəliklər:

  • Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
  • Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
  • Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq, kənarlaşmalar yarandıqda kənarlaşmanın səbəbini araşdırmaq, nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
  • Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffекtivliyinin yахşılаşdırılmаsı yоllаrını аrаmаq;
  • Tətbiq olunmuş xərc standartları, limitlərinin yoxlanılması və nəzarət olunması.

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu Audit və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə (Maliyyə analitiki, Hesabat və büdcələmə) minimum 3 il iş təcrübəsi;
  • Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, məsuliyyət;
  • Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı;
  • ACCA üzrə sertifikatların olması arzuolunandır.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
  • Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Büdcələmə üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 19.05.2021

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı