Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
  • Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki aylarla müqayisə edilməsinə və mühüm fərqlərin araşdırılmasına, uyğunsuz fərqlər aşkar edildikdə həlli üçün addımlar atılmasına nəzarət etmək;
  • Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək;
  • Optimizasiya məqsədilə hazırlanmış təhlillər əsasında təkliflər vermək;
  • İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək;
  • Maliyyə uçotunun təşkilini təmin etmək;
  • Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
  • Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
  • Maliyyə vəziyyəti haqqında məlumat və proqnozların hazırlanmasını təmin etmək;
  • Analitik təhlili və optimal həll yollarının araşdırılması proseslərinin həyata keçirilməsini təmin etmək;
  • Aparılmış təhlil nəticəsində hazırlanmış müvafiq sənədlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 1 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
  • Yüksək səviyyədə MS Office proqramları biliyi;
  • Xarici dil biliyi üstünlükdür.

Təminatlar:

  • Servis xidməti;
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az və elcin.ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı