Brendlərin İdarə Olunması departamentinin direktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Optimal Electronics LLC Brendlərin İdarə Olunması departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.

“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Brendlərin İdarə Olunması departamentinin direktoru

Tələblər:

  • Ali təhsil (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə);
  • Elektronika, İT mobile kateqoriyalarına məxsus məhsulları yaxşı bilməli,
  • 1C proqramında işləmə bacarığı
  • Microsoft Office proqramlarının yüksək səviyyədə biliyi,
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);•
  • Müxtəlif maliyyə hesabatlarını (mədaxil, məxaric, sayım) hazırlamasında təcrübəyə malik olmalı,
  • Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Elektronika satışı sahəsində azı 5 il iş təcrübəsi;
  • B2B və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;

Əsas vəzifələr:

  • Bazar və istehlakçı ehtiyaclarını müəyyən etmək üçün məlumatları təhlil etmək,
  • Məhsul kateqoriyaları üçün uzunmüddətli inkişaf strategiyaları hazırlamaq,
  • Daha üstün qiymət və xidmət keyfiyyətinə nail olmaq üçün tədarükçülərlə etibarlı münasibət qurmaq,
  • Hər mağaza üçün çeşidlərin idarə olunması və məhsul matriksinin inkişafını təmin etmək,
  • Rəqabətli qiymət və promo aksiyaları müəyyən etmək məqsədilə marketinq komandası ilə çalışmaq,
  • Aylıq, kvartal və illik satışın planlaşdırmaq.

İş şəraiti:

  • Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/539-brendlerin+idare+olunmasi+departamentinin+direktoru

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı