Qısa məzmun
Bakcell Brend və reklam işi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramlarını bilməlidir.
Vakansiya haqqında:
Funksiya: Marketinq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 15.12.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Brend imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi
- Bütün brend fəaliyyətlərinin kommunikasiya məqsədləri və standartlarına uyğun olmasının təmin edilməsi
- Kreativ agentliyin təlimatlandırılması və prosesin idarə edilməsi
- Brend kampaniyaları ilə bağlı hesabatların hazırlanması
- Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət
- Brendin tanınmasını təşviq edən BTL tədbirlərinin təşkili
Tələblər:
- Marketinq, İctimaiyyətlə Əlaqələr və ya müvafiq sahə üzrə ali təhsil
- Yüksək yaradıcı və stratejik düşünmə qabiliyyəti
- Ən son tendensiya və marketinq təcrübələri ilə bağlı müasir biliklər
- Marketinq və ya brendin idarə olunması üzrə 2 ildən artıq iş təcrübəsi
- Mükəmməl Azərbaycan, İngilis dili biliyi (Rus dili biliyi üstünlük hesab olunur)
- MS office proqramları
- Yaradıcı və strateji düşünmə
- Strukturlu və metodoloji düşünmə qabiliyyəti
- Komanda işi və əməkdaşlıq
- Proyektlərin idarə olunması
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Brend və reklam işi üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.