Brend menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. NOVCO Group of Companies Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. Moda və satış sahəsində əlaqəli iş təcrübəsi olmalıdır.

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Liu JO, Coccinelle, Tommy Hilfiger, Bebe, Calvin Klein, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, Six, United Colors of Benetton, Sisley, OVS və s. dünyanın tanınmış brendlərini özündə birləşdirir.

Vəzifə öhdəlikləri:

  • Brendin satış analizini aparmaq
  • Mövsumi olaraq məhsul sifarişini icra etmək
  • Ezamiyyələrə getmək və şirkəti təmsil etmək
  • Məhsul qiymətləndirilməsi prosessini idarə etmək
  • Məhsul dövriyyəsinə nəzarət etmək
  • Məhsulun zamanında mağazalara çatdırılması üçün logistika şöbəsi ilə sıx əlaqədə olmaq
  • Məhsul merçendayzinqini idarə etmək

Tələblər:

  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili
  • Komputer bilikləri: MC Office və 1C proqramı
  • Pərakəndə satış /Moda sahəsində (məhsul sifarişi) təcrübə arzuolunandır
  • Analitik düşüncə qabiliyyəti

Əmək şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini career@novco.com e-mailinə, mövzu hissəsində “ Brend menecer” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı