Brend menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000-2500 AZN. NewCond LLC Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. Psixologiya və satış prinsiplərini bilməlidir.

Mitsubishi Electric və AUX korporasiyalarının Azərbaycanda rəsmi təmsilçisi olan “Nyukond”MMC şirkəti iri və kiçik məişət avadanlıqlarının satışının təşkili üçün biznesi genişləndirmək məqsədilə “Brend menecer” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

  • Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir;
  • Təcrübə: minimum 3 il;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
  • Ticarət -idarəetmə – marketinq menecment sahəsində təcrübəsi olmalı;
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli;
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı;
  • Psixologiya və satış prinsiplərini bilməli;
  • Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli;

Əsas vəzifə və öhdəliklər:

  • Təmsil etdiyi brend üzrə texnikanın satışı;
  • İllik satış büdcələrinin hazırlanmasında iştirak etməli;
  • Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etməli;
  • Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikinin izlənməsi;
  • Bazardakı boşluqlar əsasında yeni məhsul növlərinin satışını təşkil etməli;
  • Bazarda rəqabət qabiliyyətli brend imicini formalaşdırmalı;
  • Rəqiblərin trendlərinin, yeniliklərinin və ümumiyyətlə bazar təhlili aparmalı (yerli və beynəlxalq bazarlar);
  • Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazrlamalı;
  • İstehlakçıların məmnunluq dərəcəsinin ölçülməsi, onların hazırkı və gələcək arzu, istəklərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin yaradılması, brendin yüksəldilməsi;
  • Müştəriləri qarşılamalı, onları istəkləri ilə maraqlanmalı, istəklərinə uyğun məhsul təqdim etməli;
  • Alt işçilərin işinə koordinasiya və nəzarət etməli;
  • Məhsulun satılması üçün sxemlər hazırlamalı;
  • Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat verməli;
  • Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
  • Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsi;
  • Müəssisənin fəaliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
  • Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
  • Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı