Brend Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Brend Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Sinteks Şirkətlər qrupuna daxil olan SSİ Retail MMC-yə hal hazırda Brend Menecer tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu rol malın sifarişini, satışını və bazarda brendin inkişafını təşkil edir.

Vəzifə öhdəlikləri:

  • Bütün tədbirlərin Brendin standartlarına uyğun olaraq aparılmasını təşkil edir
  • Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsini təmin edir
  • Məhsulun sifarişdən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi) satış nöqtəsinə çatmasına qədər olan bütün prosesləri vaxtında təşkil edir
  • Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak edir, müdaxilə və vaxtı- vaxtında tətbiq edilməsini təşkil edir
  • Satış üçün nəzərdə tututlan və qeyri-kommersiya xarakterli məhsullarının sifarişini və alışını təşkil edir
  • İldə iki dəfə satış və anbardakı qalıq məhsullar əsasında büdcəni hazırlayır
  • Məhsulun düzgün təhlil olunmasını, seçilməsini və sifarişini təşkil edir
  • Hər bir dükanda işləyən işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir
  • Tabeliyində olan işçilərin inkişafını təşkil edir
  • Mütəmadi olaraq mağazaları ziyarət edir və iş prinsiplərinə nəzarət edir
  • Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin edir, oğurluq və ya itki təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat verir

Əsas tələblər:

Təhsil:

  • Orta və ya texniki təhsil
  • Müvafiq Pərakəndə sahəsində sertifikat arzuolunandır

Təcrübə:

  • Pərakəndə satış aksesuar və geyim sahəsində ən azı 6-7 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
  • Təchizat sahəsində (geyim və aksesuar) 3 il iş təcrübəsi

Professional biliklər:

  • İngilis dilini yaxşı səviyədə bilmək
  • MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:

  • İdarəetmə bacarıqları
  • Təşkilati bacarıqlar
  • Təqdimat bacarıqları
  • İşgüzar ünsiyyət
  • Nəticə yönümlülük
  • Analitik düşüncə
  • Vaxtın idarə olunması
  • Büdcənin hazırlanması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı