Qısa məzmun
VMF MMC Brend menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq (Yerli və Beynəlxalq bazarlar)
- Markanın inkişaf etdirilməsi üzrə stradegiyanı hazırlamaq;
- Yeni məhsulları və ticarət nişanlarını sıfırdan hazırlayıb bazara çıxarmaq;
- Mövcud məhsulların uyğun olmayan parametrlərini müəyyən edib aidiyyatı bölmələr ilə həll edilərək istehlakçılar üçün yeni dəyərlər toplusunu yaratmaq;
- Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək;
- Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
- Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
- İstehsalçılar və podratçılar ilə işin koordinasiyası (Satınalma Şöbəsinin yönləndirilməsi);
- Tabeçiliyində olan işçilərin (Treyd Marketinq menecer və s.) işini koordinasiya etmək;
- Satış və istehsalat planlarını müvafiq bölmələr ilə birlikdə hazırlamaq və kordinasiya etmək;
- Məhsulun satış sxemini hazırlamaq (yeni satış bölmələrinin yaradılmasından mövcud satış kanalının optimallaşdırılmasına qədər)
Tələblər:
- Ali təhsil (arzuolunan – Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
- Bu sahədə minimum 1-2 il iş təcrübəsi
- Yüksək səviyyədə rus və ingilis dil bilikləri
- İnformasiya ilə işləmə bacarığı
- Word, excel , fotoshop, outlook, 1C proqramları
- Yaş həddi: 23-30
- Digər: Komandada işləmək bacarığı, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli.
- Ezamiyyətlərə açıq olmalı
Namizədlər CV-lərini Brend menecer başlığı ilə ulker.abbasova@vmf.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...