Brend menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Improtex Group Brend menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə Öhdəlikləri:

  • Məhsulun (tikinti texnikasının) xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
  • Bazarın təhlilini aparmalı, məhsulun (tikinti texnikasının) təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli
  • Potensial alıcılara və istehlakçılara məhsul (tikinti texnikası) təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul (tikinti texnikasının) keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli
  • Satış həcmlərini proqnozlaşdırmalı və analiz etməli
  • Məhsulun (tikinti texnikasının) satılması üçün sxemlər hazırlamalı (yeni satış kanallarının yaradılmasından mövcud olan kanalların bərpasına qədər)
  • Məhsulun (tikinti texnikasının) bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı
  • Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli
  • Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli
  • Məhsulu təşviq etmək və satmaq üçün digər əlaqəli vəzifələri yerinə yetirməli
  • Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sərgilərdə iştirak etməli
  • Yeni məhsul və markaların bazara çıxarılması üçün tədbirlər planı hazırlamalı
  • Potensial müştərilərlə yerində görüşlər təşkil etməli

Namizəddə tələblər:

  • Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali texniki təhsil
  • Yaş həddi: 30 – 50
  • Müvafiq sahə üzrə təcrübə: minimum 3 il
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzu olunandır Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komanda ilə işləmə bacarığı olmalı
  • Bazar iqtisadiyyatı, biznesin əsaslarını, qiymətləndirmə üsulları, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını,
  • Bazarın inkişaf modelləri və mallara tələbatın formalaşmasını,
  • Makro və mikro iqtisadiyyat,
  • Biznesin idarəedilməsini,
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını,
  • Psixologiya və satış prinsiplərinı,
  • Marka xüsusiyyətləri,
  • İstehsal texnologiyasını,
  • Biznes planları,
  • Biznes əlaqələrinin etikasını
  • İşgüzar əlaqələrin qurulması qaydalarını

Əlavə məlumat:

  • Əmək haqqı: razılaşma yolu ilə
  • Korporativ nömrə ilə təmin edilmə
  • İş qrafiki: 6 gün,

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Brend Menecer” sözünü qeyd etməklə hr@improtex.az elektron poçtuna göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı