Brand menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Atena Group CSC Brand menecer vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.

İşin təsviri:

  • Şirkətin istehsal etdiyi süd məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
  • Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
  • Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etmək;
  • Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikini izlənmək;
  • Marketinq siyasətinin Şirkət əsas məqsədləri əsasında müəyyənləşdirmək və strategiyanı qurmaq;
  • Brendin merçendayzer standartlarını və rəf strategiyasını müəyyən etmək;
  • Yeni məhsulun bazara çıxarılmasında iştirak etmək (Bazardakı boşluqlar əsasında Yeni məhsul növlərini hazırlamaq, qablaşdırma və dizayn formalarını təklif etmək);
  • Bazarda rəqabətqabiliyyətli brend imicini formalaşdırmaq;
  • Reklamların hazırlanmasında iştirak etmək, təklifləri almaq və nəticələri qabaqcadan görmək;
  • Marketinq kampaniyalarının uğurluluq dərəcəsini təyin etmək məqsədilə təhlil etmək;
  • Məhsul lancları, sərgi və foto çəkiliş kimi marketinq tədbirlərində iştirak etmək;
  • Dəyişən bazar şərtlərinə və müştəri istəklərinə cavab verən fəaliyyətlər hazırlamaq və həyata keçirmək;
  • “Must List”- lərin hazırlanmasını təmin etmək;
  • Marketlərdə spesifik aksiyaların təşkili ilə bağlı təkliflər hazırlamaq və sərgi, nümayiş təşkil etməklə satış həcmini artırmaq;
  • Marketinq büdcəsini planlaşdırmaq, tətbiq etmək və hesabat vermək;
  • Qablaşdırma və dizayn formalarını təklif etmək; Qablaşdırma briflərini yaratmaq;
  • Anbarlararası stokların idarə edilməsinə nəzarət etmək;
  • Qiymət analizi haqqında aylıq hesabatları trade marketingdən qəbul etmək və analiz etmək.

Namizədə tələblər:

  • Marketinq istiqamətli ali təhsil
  • Brend menecer/ product menecer olaraq 5 ildən az olmayan iş təcrübəsi (FMCG təcrübəsi olanlara üstünlük verilir)
  • Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, məsuliyyətli, yüksək ünsiyyət, problem həll etmə və rəqəmsal məlumatları təhlil etmə bacarığı olmalı
  • Satış təcrübəli və “Müştəri psixologiyası” haqqında anlayışı olmalı
  • İngilis və rus dillərini yaxşı səviyyədə bilməli

İş şəraiti və benefit:

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Ə.Rəcəbli 25 D, Atena Qrup QSC
  • Nahar və korporativ xətt verilir.
  • Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir.

Müraciət forması:

Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı