Brand Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elbaer LLC Brand Manager vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Məhsulun xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
  • Bazarın təhlilini aparmalı, məhsulun təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli
  • Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli
  • Satış həcmlərini proqnozlaşdırmalı və analiz etməli
  • Məhsulun satılması üçün sxemlər hazırlamalı (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər)
  • Məhsulun bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı
  • Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli
  • Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli
  • Məhsulu təşvil etmək və satmaq üçün digər əlaqəli vəzifələri yerinə yetirməli
  • Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sərgilərdə iştirak etməli
  • Yeni məhsul və markaların bazara çıxarılması üçün tədbirlər planı hazırlamalı
  • Eraziye cixip musterilerle yerinde gorusler teskil etmek
  • Əmək haqqı: fix 400 AZN+bonus
  • korporativ nömrə ilə təmin edilmə
  • İş qrafiki: 6 gün, (1-5 gün) 09:00-dan 19:00-dək, 6. Gün 10:00-dan 17:00-dək

Namizəddə tələblər:

  • Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir
  • Yaş həddi: 25 – 50
  • Təcrübə: minimum 3 il
  • Ticarət-idarəetmə – marketinq menecment sahəsində təcrübəsi olmalı
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
  • Bazar iqtisadiyyatı, biznesin əsaslarını, qiymətləndirmə üsulları, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını (marketinq konsepsiyası,
  • Bazar tədqiqatının üsulları və istiqamətləri),
  • Bazarın inkişaf modelləri və mallara tələbatın formalaşmasını,
  • Makro və mikro iqtisadiyyat,
  • Biznesin idarəsini,
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını,
  • Psixologiya və satış prinsiplərinı,
  • Marka xüsusiyyətləri,
  • Istehsal texnologiyasını,
  • Biznes planları,
  • Biznes əlaqələrinin etikasını
  • İşgüzar əlaqələrin qurulması qaydalarını
  • Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı