Brand Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Şam-Fi MMC Brand Manager vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin inkişaf istiqamətini müəyyən etmək üçün mövcud portfelin daimi analizi – brendlər üzrə məbləğ, həcm, gəlirlilik, kq dəyəri, gəlirlilik faizi, nöqtə və sku başına satış
  • Sku bazinda brendlər üzrə portfelin kvartallıq optimizasiyası – sku üzrə üzrə məbləğ, həcm, gəlirlilik, kq dəyəri, gəlirlilik faizi, nöqtə başına satış
  • Kateqoriyalar üzrə bazar paylarının çıxarılması, prioritet kateqoriyaların və böyümə imkanlarının müəyyən edilməsi
  • Ehtiyac yarandığı zaman seçilmiş kateqoriyalar üzrə istehlakçı araşdırmasının keçirilməsi, consumer insight-ların, istehlak üçün baryerlərin və triqqerlərin müəyyən edilməsi
  • Satış, satınalma və maliyyə departamentləri ilə yeni çeşid və brendlər üçün qiymət əmələgəlmə prosesində iştirak və qiymət strategiyasının müəyyən edilməsi
  • İstehsalçilarla brendlərin inkişaf planı və marketinq büdcəsi üzrə danışıqların aparılması
  • Kateqoriya və brend strategiyaların və icra planlarının hazırlanması və icra edilməsi
  • Brend planların icrası üçün 3-cü tərəflərlə iş: media, kreativ, btl, dijital, pr, çap agentliklərilə işlərin qurulmasi, idarə edilməsi
  • İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqlənməsi
  • Yeni çeşidlərin və brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Brend plana əsasən promo planın hazırlanması
  • Brendlər üzrə satış kanallarının müəyyən edilməsi
  • Brendlər üzrə planoqramlarin müəyyən edilməsi
  • Yeni brendlərin bazara girişi zamanı market tipərinə görə satış paketinin müəyyən edilməsi
  • Brendlər üzrə posm-ların, treyd avadanlıqlarının hazırlanması və satış nöqtələrində yerləşməsinə cavabdehlik
  • Ayliq əsasda brend plana əsasən və ya ehtiyac yarandıqda promo kampaniyaların hazırlanması, icrasına nəzarət
  • Kampaniyaların effektivliyi analizinin aparılması
  • Aylıq və illik marketinq büdcələrin brend pnl-nə təsirini nəzərə alaraq idarə edilməsi və marketinq xərcləmə hədəfinə cavabdehlik

Namizəd üçün tələblər:

  • Ali təhsil – Marketinq sahəsində arzuolunandır
  • Dil bilikləri-  Azərbaycan və rus – səlis, ingilis – yaxşı
  • MC Offise – yaxşı səviyyədə (excel, powerpoint)
  • İş təcrübəsi – 1-3 il FMCG marketinq sahəsində təcrübə, qida sektorunda təcrübə arzuolunandır
  • Düşüncə tərzi və məsələlərə yanaşma tərzi: analitik, kreativ, strateji

Əmək şəraiti:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Həftəlik 5 iş günü (saat: 09:00-18:00);
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Brand Managar yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı