Qısa məzmun
MSDIS Holding Böyük Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Vergi, Statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
- Mal-materialların alış-satışı, həmçinin yerdəyişməsi ilə bağlı hesabatların aparılması və nəzarətdə saxlanılması;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılması;
- Vergi orqanlarından daxil olan məktub və müraciətlərin cavablandırılması, müvafiq yazışmaların həyata keçirilməsi;
- Kreditor və debitorlar ilə müvafiq üzləşmələrin aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların tərtib olunması;
- Mühasibatlıqla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə,Mühasibat uçotu və audit üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarından sərbəst istifadə bacarığı;
- Vergi və Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Analitik düşüncə və komandada işləmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Böyük mühasib” qeyd edərək e-ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...