Böyük hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Böyük hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar və məsuliyyətli olmalıdır.

Vəzifənin adı: Böyük hüquqşünas

Tabeçilik: Şöbə müdirinə, Departament direktoruna

Bizim üçün ən ideal namizəd :

  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməli
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli

O cümlədən :

  • Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

  • Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
  • Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi
  • Komplayens siyasətinin işlənib hazırlanmsı və icrasına nəzarət
  • Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək
  • Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası
  • Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
  • Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması
  • Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi
  • Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək
  • Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
  • Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
  • Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək
  • Davamlı karyera imkanı
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük hüquqşünas” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunu

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı