Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Polistar Boya Boya istehsalı şirkəti üçün Korporativ Satış Mütəxəssisi üzrəvakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Bazar təhlili və aktiv şəkildə korporativ müştərilər axtarmaq.
- Danışıqlar aparmaq, şərtləri razılaşdırmaq və müqavilələr bağlamaq.
- Korporativ satış üzrə planı həyata keçirmək.
- Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlər və sorğular keçirmək.
- Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan məhsul və xidmətlərin korporativ növlərini təşviq etmək.
- Satışları ən sərfəli qiymətlərlə ən yüksək səviyyədə tutmaq üçün ölkə daxilində ən təsirli ünsiyyət kanallarını istifadə edərək müştəriyə çatmaq üçün daim fəaliyyətdə
- maq.
- Korporativ satış ilə bağlı bazar araşdırmalarını aparmaq.
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək.
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizini həyata keçirmək.
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyalar almaq.
-
Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə etmək və rəhbərliyə bildirmək.
- Görüşə hazırlıq və təqdimat materiallarının hazırlamaq və müştəri ilə görüşmələr və təqdimatlar keçirmək.
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişləri mütəxəssisə ötürmək.
- Qiymətlər və endirim şərtlərini müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək.
- Maliyyə sənədlərini müştəriyə göndərmək.
- Müştəri ödəmələrini izləmək.
- Debitor borcların yığılmasına nəzarət etmək.
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil və ya magistr dərəcəsi (bizness, menegment, və s.oxşar sahələr üzrə);
- Müvafiq vəzifə üzrə 4 ildən az olmayan iş təcrübəsi;
- Yüksək analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İŞ SAATI
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Nahar şirkət tərəfindən verilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ Satış üzrə Mütəxəssis” qeyd edərək hr@polistar.az ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 15.11.2020
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...