Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BOA Agency Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “BOA Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

 

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • İcraatında olan  kredit portfellərinə nəzarət edilməsi;
  • Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 21-30
  • Ali təhsil;
  • Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
  • Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Müştərilərlə davranış etikası.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

İş şəraiti:

  • Əmək haqqı – 345 azn (+ bonus və mükafat sistemi)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Əmək haqqına mükafat və əlavə bonuslar;
  • İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
  • Korporativ nömrəylə təmin edilmə;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini recruitment@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı