Qısa məzmun
Kontakt Home Bölgü üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının, regional anbarların lazımi sayda məhsulla təmin olunmasının icrası;
- Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
- Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
- Sorğu əsasında müştəri məhsullarının sistem üzərindən mağaza və anbarlar arası yerdəyişmə edilməsi;
- Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
- Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələri, əməkdaşları məlumatlandırmaq;
- Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarət edilməsi;
- Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
- Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
- Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
İş şəraiti
- İş qrafiki: I-VI günlər
Tələblər:
- Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
- Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
- Riyazi, məntiqi biliklər;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Sərbəst qərar verə bilmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik.
Link: https://qlor.me/ljqsn1zss
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə mütəxəssis
\AGRO-VEST RETAIL Satınalma üzrə mütəxəssis vakansiyası elan edir. ...
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...