Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübə;
- MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- idarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir;
- Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma;
- Yaş həddi: 26-40;
- Sürücülük vəsiqəsi (B kategoriya);
- Şəxsi avtomobil.
İş barədə məlumat:
- Mağazalar zəncirinin idarə edilməsi;
- İşin təşkili və problemlərin aradan qaldırılması üzrə mağaza rəhbərləri ilə işin aparılması;
- Mağaza rəhbərindən mütəmadi olaraq müvafiq hesabatların alınması, bütün sistem üzrə qruplaşdırılması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
- Mağazaların satışının artırılması məqsədi ilə market rəhbərlərinin istiqamətləndirilməsi, təkliflərinin analiz edilməsi, qərarın verilməsi üçün rəhbərlik qarşısında təqdimatın edilməsi;
- Verilmiş tapşırıqların və qoyulmuş qaydaların icrasını yoxlamaq məqsədi ilə ərazilərin gündəlik ziyarət olunması
- Mağaza işçi heyətinin xidmətin fəaliyyətinin təşkilində və qiymətləndirilməsində bilavasitə iştirak etmək, bölgə üzrə işçilərin aylıq qrafiklərini izləmək və təsdiqləmək.
Təminatlar:
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi;
- Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi;
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...