Qısa məzmun
AEV MMC Bölgə müdiri (Şəki, Şirvan) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satış metodikalarının işlənib hazırlanmasında iştirak edir.
- Müştərilərlə iş metodlarının yeni formalarının hazırlanmasında və tətbiq olunmasında, əvvəlki iş metodlarının təkmilləşdirilməsində fəal iştirak edir.
- Məhsul satışı üzrə fəaliyyətləri əlaqələndirir, satışa nəzarət edir.
- Satış təmsilçiləri arasında ərazi bölgülərini apraır.
- Rəhbərlik etdiyi satış komandasına “AEV” MMC – nin satış hədəflərinə müvafiq olaraq, yerinə yetiriləbilən, dəqiq hədəflər qoyur.
- Satış təmsilçilərinin və merçendazyerlərə verilən tapşırıqların icrasına nəzarət edir.
- Şəbəkə və xüsusi müştərilərilərlə olan faəliyyətə xüsusi nəzarət edir.
- Müştərilərin ödəmə qabiliyyətindəki dəyişikliyi izləyir, borc üzrə statusları diqqətdə saxlayır.
- Müştərilərdən daxil olan şikayətlərə baxır, lazım gəldikdə danışıqlarda iştirak edir.
- Debitor borcları təhlil edir, nəzarət edir.
- Debitor borcları azalatmaq üçün tədbirlər hazırlayır və həyata keçirir.
- Debitor borcların qaytarılmasına birbaşa nəzarət edir.
- Baş verən bütün dəyişikliklər barədə satış komandasına məlumat verir,distribyutorların və sub-distribyutorların qiymət və təşviq sahəsindəki siyasətinə riayət etməsini təmin edir.
- Satış təmsilçilərinə satış texnologiyası, danışıq üsulları, sövdələşmə üsullarını öyrədir.
- Hər həftə ticarət nümayəndələri ilə əraziyə çıxır, bir başa iş zamanı vəziyyəti təhlil edərkən ticarət nümayəndələrini yerində təlimləndirir.
- Aylıq, həftəlik, rüblük satış hesabatları hazırlayır, rəhbərliyə təqdim edir.
- Hər bir işçi üçün motivasiya istiqamətini müəyyənləşdirir.
- Satış təmsilçilırinin hər birinə gündəlik dəqiq tapşırıqlar verir, verilən tapşırıqların icrasına nəzarət edir, nəticələri təqib edir.
Tələləb olunan bilik və səriştələr:
- Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
- Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
- Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
- Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
- Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
- Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
- Malların cari qiymətləri.
- Satış sahəsindəki müştəri davranışının modelləri.
Namizədə tələblər:
- FMCG qeyri qida sahəsində müvafiq vəzifə üzrə təcrübə: 3-5 il
- Təhsil: Ali
- Yaş həddi: 30-45
- Ofis proqramları ,1C
- Şəxsi Avtomobil ( nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır)
İş şərtləri:
- 6 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət günü Bazar günüdür
- Əmək haqqı 800 AZN
Namizədlər CV –ni elektron ünvanının mövzu bölməsində (Bölgə müdiri Şəki və yaxud Şirvan) qeyd etməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...