BOKT Hesabatlar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. TBC Kredit BOKT Hesabatlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl analitik və problemləri həll etmə bacarıqları olmalıdır.

TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

Hazırda TBC Kredit BOKT Hesabatlar üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

  • ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
  • Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
  • Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
  • Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
  • Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
  • İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməsi vacibdir.

Kompüter bilikləri:

  • Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
  • Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.

Əlavə bacarıqlar:

  • Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
  • Yüksək dərəcədə analitik qabiliyyət;
  • Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
  • Ünsiyyət qura bilmək bacarığı;
  • Təşəbbüskarlılıq;
  • Stresə davamlılıq.

Xahiş olunur ki, CV-ləri 3 iyul 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Hesabatlar üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı