Qısa məzmun
Ə/h razılaşma yolu ilə. TBC Kredit BOKT Hesabatlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl analitik və problemləri həll etmə bacarıqları olmalıdır.
TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
Hazırda TBC Kredit BOKT Hesabatlar üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Öhdəliklər:
- ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
- Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
- Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
- Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməsi vacibdir.
Kompüter bilikləri:
- Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
- Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.
Əlavə bacarıqlar:
- Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
- Ünsiyyət qura bilmək bacarığı;
- Təşəbbüskarlılıq;
- Stresə davamlılıq.
Xahiş olunur ki, CV-ləri 3 iyul 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Hesabatlar üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.