Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Biznesə Nəzarət və Maliyyə Təhlilçisi vəzifəsi üzrə vakansiya elan edir. Mobil nömrə və telefon limiti verilir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Biznesə Nəzarət və Maliyyə Təhlilçisi (Biznesə nəzarət və maliyyə təhlili şöbəsinin müdiri )
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
- İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsində minumum 5 il iş təcrübəsi.
- Təhsil: Ali iqtisadi təhsil.
- Yaş həddi: 28-40
İşin Təsviri:
Maliyyə hesabatlarının hazırlanması, maliyyə hesabatlarının təhlili, digər müxtəlif növ maliyyə təhlilləri (rentabellik, maya dəyəri, qiymətləndirmə və.s) və maliyə modellerinin qurulması sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Büdcələşdirmə prosesinin idarə edilməsi və büdcə nəzarəti prosesinin qurulması və izlənməsi;
- Müxtəlif idarəetmə hesabatlarının hazırlanması və təhlili;
- Maliyyə hesabatlarının, şirkətin dövri performansının və əsas KPI-larının təhlili və müvafiq hesabatların hazırlanması;
- Müxtəlif investisiya, maliyyələşdirmə, qiymətləndirmə və digər layihələr üzrə maliyyə təhlili modellərinin qurulması və layihlərin dəyərləndirilməsi;
- Rəhbərliyin tapşırığı ilə müxtəlif maliyyə istiqamətli layihələrin idarə edilməsi.
Tələblər:
- Komanda quruculuğu və komandanın idarəedilməsi;
- Problemləri həll etmə bacarığı və punktuallıq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi (yüksək səviyyədə);
- Hesabatlılıq (Word üzərindən);
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Maliyyə və mühasibatlıq sahələrində beynəlxalq kvalifikasiyalar (ACCA,CİMA və CPA) arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Mobil nömrə və telefon limiti.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Biznesə Nəzarət və Maliyyə Təhlilçisi” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...