Biznesin İnkişafı üzrə Direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Star Group Biznesin İnkişafı üzrə Direktori vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Sektorun inkişafı və müvafiq qanunvericilik haqqında məlumat sahibi olmaq,
  • Sektor və proseslərlə bağlı tendensiyaların və yeni strategiyaların müəyyən edilməsində rol almaq,
  • Təşkilatın maliyyə vəziyyətini təhlil edərək potensial biznes imkanlarını qiymətləndirmək,
  • Bazar araşdırması ilə rəqib analizinin aparılması,
  • Yeni layihə qiymətləndirmələrinin aparılması və davam edən layihələrin dəstəklənməsi,
  • Yeni layihələrin vaxt, texniki və xərc elementlərinə uyğun idarə edilməsini və koordinasiyasını təmin etmək,
  • Təşkilatın bazar payını artırmaq üçün iş imkanlarını müəyyən etmək və hesabat vermək,
  • Müvafiq sərgilərdə, tədbirlərdə və görüşlərdə qurumu təmsil etmək,
  • Yeni marketinq təşəbbüslərinin planlaşdırılması və nəzarəti,
  • Potensial müştərilər və qurumlarla əməkdaşlıqların aparılması,
  • Müştəri tələblərini müəyyən edərək yeni təkliflərin yaradılması,
  • İş və proses səmərəliliyinin artırılması üçün araşdırmaların aparılması,
  • Biznesin inkişafı şöbəsinin illik büdcəsini hazırlamaq və ona əməl etmək,
  • Sistemnatik Marketinq və reklam siyasətinin təşkili və tətbiq edilməsi (B2B, B2C)
  • Məhsullar üzrə yeni dizayn və konsept mexanizmlərinin tətbiqi
  • Kollektivin işinə nəzarət

Namizədə tələblər:

  • Ali təhsil/idarəçilik, biznes, marketinq, /layihələrin idarə edilməsi, reklam (çatdırılma,elekton ticarət istiqamətləri üzrə təcrübəsi olanlara üstünlük veriləcək)
  • İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi
  • Yaş həddi – 27-40
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
  • Marketinq alətləri üzrə yüksən biliklər və tətbiqetmə qabiliyyəti
  • Bazar təcrübəsindən istifadə etməklə yeni mexanizmləri tətbiq etmək qabiliyyət
  • Əmək haqqı: Müsahibə əsasında
  • Nahar şirkət tərəfindən təmin olunu
  • Əmək haqqı: 5000+ AZN
  • Qeyd : Müvafiq  sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
  • Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına  göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı