Qısa məzmun
ARPA Consulting Biznesin inkişafı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Kommunikasiya və ünsiyyət bacarıqları olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Yeni məhsulların yaradılması, onların təşviqi metodlarının seçilməsi
- Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili
- Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi
- Layihələrin idarə olunması
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
- Dövri hesabatların hazırlanması və təhlili
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan keyfiyyətlər:
- Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil
- Maliyyə və bank sahəsində ən azı 2 illlik təcrübə
- Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində ən az 2 illik təcrübə
- İşgüzar danışıqlarda ən az 2 illik təcrübə
- Müqavilələrin aparılmasında təcrübə
- Layihələrin idarə edilməsi sahəsində təcrübə arzuolunandır
- Azərbaycan və İngilis dillərini səlis bilmək
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
Bacarıqlar:
- Kommunikasiya və ünsiyyət bacarıqları
- Analitik yanaşma və təhlil
- Problem həll etmə bacarıqları
- Təqdimat bacarıqları
- Vaxt idarəetmə bacarıqları
Qeyd olunan tələblər cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə info@arpa.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...