Qısa məzmun
Sinteks Group şirkəti Biznesin İnkişafı üzrə Generalist vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu biznesin İnkişafı şöbəsinə ümumi inkişaf planının həyata keçirilməsində dəstək verməkdir.
Vəzifə öhdəlikləri:
Aşağıdakı görülən işlərdə dəstək:
- Layihənin icrası ilə bağlı inzibati məsələlər
- Tenderlərin, işgüzar görüşlərin, danışıqların aparılması
- Layihə təchizatçıları və töhfə verənlərin əlaqələndirilməsi və asanlaşdırılması.
- Müqavilə imzalanana qədər biznes əməliyyat işçiləri və hüquqşünaslar arasında koordinasiya
- Layihələrə nəzarət və dəyişən layihə iştirakçıları arasında koordinasiyanın asanlaşdırılması
- Bazar araşdırması fəaliyyəti və texniki-iqtisadi əsaslandırmalar.
Əsas tələblər:
Təhsil:
- Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma
Təcrübə:
- Biznesin inkişafı / satınalma / təchizat zəncirləri / layihənin idarə olunması sahəsində təcrübə üstünlükdür
Professional biliklər:
- Səlis İngilis dili
- MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
- İşgüzar ünsiyyət
- Danışıqlar aparmaq bacarığı
- Zamanın idarə olunması
- Tədqiqat bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Generalist” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...