Qısa məzmun
Xalq Bank Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsinin mütəxəssissi vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/le6tq2km
Təsvir
- Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
- Bank məhsul və xidmətləri üzrə müvafiq bazar araşdırmaları aparmaq;
- Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;
- Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Reklam kanallarının effektivliyinin izləniləməsi;
- Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
- Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır).
Oxşar vakansiya siyahısı:
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...