Qısa məzmun
Azerlotereya Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Qısa xülasə: Öhdəliklərə material və metodların araşdırılması, təlim proqramlarının işlənib hazırlanması, təlim üsullarının təhlili və inkişafı, satış təmsilçilərinin təlimatlarına nəzarət və qeydiyyatın təşkili kimi müxtəlif inzibati vəzifələr daxildir.
Hesabat verir: Biznesə dəstək departamentində Biznesə dəstək üzrə supervayzerə
Əsas öhdəliklər:
- Hərtərəfli araşdırma apararaq, təlim mövzularını təhlil edərək materiallarını hazırlamaq
- Şirkət etikasına və davranışına hörmət edən, cəlbedici olan və təlim iştirakçılarına iştirak etmək üçün maksimum imkan yaradan təlim proqramı təşkil etmək.
- Təlim məşğələlərinin təlimatına və təqdimatına töhfə vermək və fərqli metod və materialların qarşılıqlı əlaqəni və iştirakçılığı səmərəli şəkildə necə təşviq etdiklərini qiymətləndirmək
- Təlimlə əlaqədar bütün xərclər üçün büdcələri tərtib etmək və yüksək rəhbərliyə hesabat vermək üçün xərcləri əsaslandıran ətraflı hesabatları hazırlamaq
- Təlimçilərin təlim məşğələsini səmərəli şəkildə aparması üçün lazım olan bütün alətlərin, texniki avadanlıqların və resursların təmin edildiyi təlim məkanlarını hazırlamaq
- Müvafiq proqram təminatından istifadə etməklə lazımi təqdimatları hazırlamaq
- Daxili sorğu proseslərini hazırlamaq və nəticələr barədə məlumat vermək
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi
- Tənqidi düşünmə və problem həll etmə bacarığı
- Təqdimat və ünsiyyət qurma bacarıqları
- Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi yaxşı səviyyədə bilmə bacarığı
- MS Office proqramlarını əla səviyyədə bilmək bacarığı
- Onlayn sorğu vasitələrindən istifadə etməsi
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində “Biznesin inkişafı və təlim üzrə mütəxəssis” yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.