Qısa məzmun
Barattson School of Business & Finance Biznes və Maliyyə ixtisasları bölməsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
- Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
- Tələbə – müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,
- Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
- Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
- İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
- Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək
- Tələb olunduqda şirkətin layihələrində iştirak etmək
Əsas tələblər:
- Ali təhsil
- Çevik işləmə bacarığı
- İdarəetmə və satış üzrə təcrübəsi ( 1 ildən artıq)
- Ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı
- Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə MS Excel
Dil bacarıqları: Azərbaycan dili – əla səlis, İngilis dili – “upper intermediate”, Rus dili biliyi üstünlükdür
İş qrafiki : 6 iş günü
Əmək haqqı: 700 AZN, bonusla birgə 1000 +
Namizədlərdən CV formalarını mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 30.11. 2021-ci il.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...