Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Kredit İdarəsinin Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
İŞİN TƏSVİRİ:
- Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
- Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi
- Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
- Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
- Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
- Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
- Əlaqə vasitələri:
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...