Biznes təhlili üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AzInTelecom” MMC Biznes təhlili üzrə mütəxəssis vakansiyasını elan edir.

“AzInTelecom” MMC Biznes təhlili üzrə mütəxəssis vakansiyasını elan edir

Şirkət haqqında:

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Şöbə:

  • Kommersiya departamenti/Marketinq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Bulud məhsulları və beynəlxalq səs trafiki də daxil olmaqla, şirkətin kommersiya məhsullarının texniki-iqtisadi əsaslandırılması;
  • Səs trafiki marşrutlarının təşkil edilməsi və şirkət ilə səs daşıyıcı operatorlar arasında marjinallığın yaxşılaşdırılması məqsədilə təhlilin aparılması;
  • Müştərinin bulud təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və statistik vasitələrdən istifadə etməklə bulud məlumatlarının təhlilindən əldə edilən nəticələrin hazırlanması və təqdim edilməsi;
  • Bulud mühitinin istifadə səviyyəsinin monitorinqi;
  • Büdcələrin planlaşdırılması və maliyyələşdirmənin təşkil olunması üçün bulud müştəriləri ilə işləmə;
  • Qərarların qəbulu məqsədilə məlumatların yüklənməsi, təmizlənməsi, yoxlanılması və modelləşdirilməsi;
  • Biznes proseslərin təhlili, təkmilləşdirilməsi ve yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Nəticəyönümlülük;
  • Çarpaz funksiyalı komanda üzvləri ilə işi koordinasiya etmək;
  • Təfsilatlara yaxından diqqət göstərməklə məntiqi və səmərəli şəkildə ünsiyyət qurmaq qabiliyyəti;
  • Planlaşdırma və təşkilatçılıq;
  • Vaxtın səmərəli idarə olunması bacarığı.

Təhsil:

  • Ali (riyazi, iqtisadi və ya informatika sahəsində)
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri (sərbəst), rus dili (arzu olunan)

İş təcrübəsi:

  • Proqram təminatı və texniki avadanlıq məhsullarının biznes təhlilində ən azı 3 illik təcrübə;
  • Bulud məhsullarının təhlili sahəsində təcrübə əlavə üstünlükdür.

Xüsusi tələblər:

  • Microsoft Office proqramlarında (Word, Excel və Power Point) sərbəst işləmə bacarığı;
  • STATA və ya SPSS kimi statistika proqram təminatları üzrə biliklər;
  • Microsoft Project kimi proqramlarda işləmək bacarığı.

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı