Biznes Təhlilçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bestcomp Group Biznes Təhlilçi vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.
  • Biznes ehtiyacların/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirimək/formalaşdırmaq.
  • Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
  • Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.
  • Spesifikasiyaları düzgün başa düşmələrini təmin etmək üçün məhsulun inkişafı komandası ilə işləmək.
  • Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.
  • Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək.
  • Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.
  • Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
  • İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.
  • Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.

Bacarıqlar:

  • Maraqlı tərəflərin səmərəli cəlb edilməsi.
  • Güclü analitik və problem həll etmə bacarıqları.
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri.
  • Texniki Bacarıqlar.
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı.
  • Əməkdaşlıq və Komanda işi.
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
  • Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti.
  • Müsbət münasibət.
  • Güclü İş Etikası.
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək.
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.

İşçinin bilməli olduğu əsas tələblər:

  • Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi.
  • Şirkətin idarəetmə sistemi ilə bağlı metodiki və normativ materiallar.
  • Biznes risklərinin qiymətləndirilməsi sənədlərinə dair tələblər.
  • Şirkətdaxili prosedurlar, UX/UI Designer ilə bağlı təlimatlar
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri tələbləri üçün Beynəlxalq Standart
  • ISO 45001: 2018 İş Sağlamlığı və Təhlükəsizliyi Sistemləri üçün Beynəlxalq Standart tələbləri.
  • ISO 27001:2013 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi tələbləri üçün Beynəlxalq Standard tələbləri

Şəxsi texniki xüsusiyyətləri:

Diplom: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi.
Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə.
Xüsusi təcrübə sahələri: 

  • Biznes təhlili.
  • İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi.

Kompüter bacarıqları:

  • MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bəznəri Agile alətləri. Figma.
  • Baza SQL bilikləri.
  • Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri.

Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma).

Maraqlanan namizədlər mövzu hissəsində “Biznes Təhlilçi” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.

Son müraciət tarixi: 23.09.2022

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı