Qısa məzmun
Salam Doktor Digital Biznes proseslərinin üzrə mütəxəssis (təcrübəçi) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə və xronometraj aparmaq
- Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
- Şirkətin fəaliyyətinin rəqəmsallaşdırılması və biznes proseslərin avtomatlaşdırılması üçün proqram təminatlarının hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq struktur bölmələrin iştirakı ilə funksional tələblərin müəyyən edilməsi
- Texniki tapşırıqların hazırlanması və texniki tapşırıqla bağlı müvafiq təsdiqlərin alınması
- Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək
Tələblər:
- Sənaye mühəndisliyi, Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
- Azərbaycan və Rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı(İngilis dili arzu olunandır);
- MS Office (Word, Excel, Power point) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək; (MS Visio proqramından istifadə bacarığının olması üstünlükdür)
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq qabiliyyəti.
Xahiş olunur CV-nizi emailə göndərəsiniz.Mövzu bölməsində “Biznes proseslərinin üzrə mütəxəssis (təcrübəçi)” qeyd olunsun. Təşəkkürlər!
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...