Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Biznes-proseslərin optimallaşdırılması şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Görəcəyiniz işlər:
- Biznes və dəstəkləyici proseslər (mövcud və yeni) üzrə qrafik təsvirləri hazırlamaq;
- Bankın biznes və dəstəkləyici proseslərini mütəmadi olaraq təhlil etmək, optimalllaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflər hazırlamaq;
- Biznes və dəstəkləyici proseslər üzrə kənarlaşmanın aradan qaldırılması fəaliyyətində iştirak etmək;
- Dəyişdirilən və ya yeni yaradılan biznes proseslər üzrə təlim materiallarının hazırlanması;
- Biznes və dəstəkləyici proseslərlə bağlı daxili normativ sənəd layihələrini müstəqil və ya aidiyyəti struktur bölmələrlə birlikdə hazırlamaq;
- Şöbəyə aid inzibati işlərin aparılmasında iştirak etmək, Departamentin rəhbərliyinin tapşırıqları əsasında departamentin və şöbənin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
- Yüksək səviyyədə MS Office proqramlarında ( Xüsusilə MC Power Point, MC Visio) işləmək bacarığı olan;
- Bank kredit və qeyri-kredit məhsullarını yaxşı tanıyan;
- İnduktiv və analitik təhlil bacarığı olan;
- Təqdimetmə bacarığlı olan;
- Layihələrin idarə edilməsi üzrə təcrübəli;
- Komandada işləmək bacarığı olan;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes-proseslərin optimallaşdırılması şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...