Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PAŞA Sığorta ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

PAŞA Sığorta” ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
  • Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
  • Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajlar keçirmək;
  • Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
  • Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
  • Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
  • Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
  • Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Biliklər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə
  • hbər tutmaq;
  • Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;

Təcrübə:

  • Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Bacarıqlar:
  • Güclü kommunikasıya bacarığı.
  • Analitik düşüncə.
  • İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.

Son müraciət tarixi: 17 Mart 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı