Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Link:  https://qlor.me/lfrc4u34

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s.) qanunvericiliyə uyğunluğunu tənzimləmək
  • Biznes Proseslər toplusunun (BPU) idarə olunması və proseslərdə dəyişikliklərin koordinasiyası
  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini
  • Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
  • Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunun (BPU) birgə hazırlanması
  • Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrində iştirak
  • Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və sistemdə qeydiyatı
  • Prosesin təhlil üçün tələb olunan məlumatların sistemə tam və düzgün qeydiyyatı
  • Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
  • Proses uyğunsuzluqları halları və daxili tərəfdaşların sistematik səhvlər, proses mərhələləri və proses səmərəliliyi ilə bağlı şikayətlərinin araşdırılması
  • Bankın proses portfelinin idarə olunması
  • Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Six Sigma Yellow Belt üzrə sertifikata üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
  • Məhsul biliyi: tələb olunur
  • Bazar biliyi: tələb olunur
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı