Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Proseslərin tətbiqi və inkişafı departamenti, Biznes proseslər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
- Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
- Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
- Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
- İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
- Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
Təhsil/Təcrübə:
- Ali təhsil;
- Biznes proseslər sahəsində minimum 3 il iş təcrübəsi;
- Microsoft Office (Excel, Power Point, Visio) proqramlarını istifadəçi səviyyəsində bilməli;
- Proses modelləşdirmə vasitələrində işləmə bacarıqları (ARIS, Business Studio, BMPS);
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmalı;
- Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
Əlavə məlumatlar:
- Maaş: Razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 5 gün, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznes proseslər üzrə mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Sətəm üzrə mütəxəssis
CMT Group MMC Sətəm üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...