Qısa məzmun
Rifah Group Biznes Proses Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Fərqli düşünmə bacarığı olmalıdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Biznes proseslərin təkmilləşdirilməsi və daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
- Biznes prosesi ilə bağlı yeni qaydaların hazırlanması və prosedurların tərtibinin təşkili.
- Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
- Mövcud iş proseslərinin analizi və qiymətləndirilməsi.
- Şirkətin hədəflərinə çatması üçün İş proseslərinin inkişaflarının müəyyənləşdirilməsi, təkmilləşdirilməsi və həyata keçirilməsi
- İş prosesinin təkmilləşdirilməsi strategiyalarını daxildə maraqlı tərəflərlə müzakirə etmək.
- İş prosesinin təkmilləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi mərhələləri ilə əlaqəli bütün aspektlərə nəzarət.
- Iş prosesinin qaydalara uyğun həyata keçirilməsinin auditi və nəzarəti
- İş proseslərində tətbiq olunan dəyişikliklərin daima təhlili və izlənməsi, ehtiyac olduqda düzəlişlərin edilməsi.
- Məhsuldarlıq, keyfiyyət, xərclər və vaxtın idarəedilməsi ilə bağlı iş prosesləri üzrə davamlı təhlillərin aparılması.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- 3-5 ildən artıq iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, PowerPoint mütləq), Visio proqramlarından istifadə etmək bacarığı;
- Layihələrin idarə olunması üzrə biliklər;
- Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır;
- Analitik düşüncə və yüksək məsuliyyət hissi;
- Ünsiyyət qurma və koordinasiya bacarığı;
- Stress altında işləmək bacarığı;
- Vaxtın səmərəli planlaşdırılması və idarə olunması;
- Çeviklik və operativlik. İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 may 2021 tarixinədək mövzu sətirində “Biznes Proses Meneceri” qeyd edərək CV-lərini hr@rifahqrup.az elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Caspian Equipment Company Rəqəmsal marketoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...