Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis CRM, Jira, DMS
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Bank Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis CRM, Jira, DMS vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi:

  • Bank sənayesi ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (Treasure Management System, Anti money-Laundering System).

Vəzifə Öhdəliyi:

  • Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq.
  • Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
  • Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
  • Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
  • Müqavilənin məzmunu, SLA( xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
  • Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
  • Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
  • İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək.
  • Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
  • Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: : Linux, MS Server, Pl-SQL, T-SQL;
  • Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı);
  • Kompüter bilikləri: MS Office, SQL-scripting, Linux əsasları, MS Server əsasları, MS SQL Server əsasları;
  • Məhsul biliyi: Banking SW, Finance SW;
  • Bazar biliyi: Bankçılıq təcrübəsi;
  • Digər: Biznes prosesinin idarə edilməsi bacarıqları.

Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 28.09.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis CRM, Jira, DMS” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı