Biznes Metodist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Ritello Azərbaycan” şirkəti Biznes Metodist vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Günlük, həftəlik ve aylıq tədris planlamasını aparmaq
  • Periodik olaraq personalla davranış, biznes etikası və liderlik mövzuları üzrə təlim və tədrisi həyata keçirmək
  • Zəruri koordinasiya fəaliyyətlərini həyata keçirmək
  • Kadrlara ümumi hədəf və məqsəd aşılamaq
  • Personalı hədəf istiqamətində yönləndirmək
  • İşə götürüləcək yeni kadrların təlimdən tutmuş, işə qəbul və adaptasiya prosesinə qədər cavabdeh olmaq
  • Kadr performansını idarə etmək və təlim ehtiyaclarını müəyyən etmək
  • Kadrların məsələlərə müştəriyönümlülük baxımından yanaşmasını təmin etmək
  • Kadrların müştəri şikayətləri və etirazları idarə etməkdə ixtisasını artırmaq
  • Kadrlara səlis nitq, ünsiyyət, təqdimat, inandırıcılıq bacarıqlarını inkişaf etdirici təlimlər keçmək
  • Kadrlara daxili motivasiyanı artırmaq, özgüvən aşılamaq, münaqişəli vəziyyətləri idarəetmə bacarıqlarını inkişafetdirici təlimlər keçmək
  • İş saatı : 11:00-dan 19:00-dək
  • İş qrafiki: 6 gün

Namizədə tələblər:

  • Yalnız bəy namizədlər
  • İdarəetmə, Satış, Biznes Mentorluğu sahəsində ən az 5 il təcrübəyə sahib olan
  • Hərbi xidmətini başa vurmuş olan
  • Ölkədaxili ezamiyyətə çıxma imkanı olan
  • İnsanları dinləyə bilən
  • Əməkdaşlarda hədəf və məqsəd aşılaya bilən
  • İnsanlara hörmət və sevgi ilə yanaşan
  • “Mən” deyil, “Biz” deyə bilən
  • Əməkdaşları qiymətləndirə bilən
  • Daim öyrənməyə maraqlı olan
  • Məntiqi mühakimə qabiliyyəti olan
  • Əməkdaşların motivasiyasını yüksəldə bilən
  • Davranışı ilə mentorluq və liderlik nümayiş etdirən
  • Özünü tənqid edə bilən
  • Cari və gələcək işləri planlaya bilən
  • İnsanlarla empati qura bilən
  • Əməkdaşları yönləndirə və məsləhət verə bilən
  • Daxili motivasiyası yüksək olan
  • Güvən verən, özündən əmin, qətiyyətli olan
  • Gələcəyə inamla və müsbət baxa bilən
  • Sistematik, düzənli, intizamlı iş anlayışı olan
  • Özünü yüksək inandırıcılıqla təqdim edə bilən
  • Yazılı ve sözlü yüksək ünsiyyət bacarığı olan
  • Tanımadığı insana özünü ifadə edə bilən
  • Auditoriya önündə çıxış edə bilən
  • Dinləməyi bacara bilən

Vakansiya ilə maraqlanan şəxslərin tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Biznes Metodisti” qeyd etməklə info@ritello.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı