Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes kredit riskləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Vəzifə öhdəlikləri:
- Banka daxil olmuş kredit sifarişləri üzrə müştərilərin maliyyə hesabatlarının təhlili, kredit tarixçəsinin yoxlanılması və sosial analizinin aparılması
- Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət çərçivəsinə müvafiq olaraq müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak
- Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsullarının və şöbənin işinin optimallaşdırılmasında iştirak
- Bankın kredit portfelinin analizində və hesabatların hazırlanmasında iştirak etmək
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət
Tələblər:
- Ali iqtisadi/riyazi təhsil
- Bankda risklərin idarə edilməsi/kredit sahəsində minimum 3 il iş təcrübəsi
- Kredit müraciətlərinin hazırlanması və təhlilində təcrübə
Analitik qabiliyyət və işgüzar fəallıq - Komanda ilə işləmək bacarığı
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq ingilis və ya rus dili bacarığı arzuolunandır
- Yüksək səviyyədə Microsoft Excel proqramında işləmək bacarığı
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin aparıcı mütəxəssisi qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) hr@yelo.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
PASHA Bank KİB Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Aqrarkredit Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...