Biznes kredit riskləri şöbəsinin baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes kredit riskləri şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Banka daxil olmuş kredit sifarişləri üzrə müştərilərin maliyyə hesabatlarının təhlili, kredit tarixçəsinin yoxlanılması və sosial analizinin aparılması
  • Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət çərçivəsinə müvafiq olaraq müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak
  • Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsullarının və şöbənin işinin optimallaşdırılmasında iştirak
  • Bankın kredit portfelinin analizində və hesabatların hazırlanmasında iştirak etmək
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət

Tələblər:

  • Ali iqtisadi/riyazi təhsil
  • Bankda risklərin idarə edilməsi/kredit sahəsində minimum 3 il iş təcrübəsi
  • Kredit müraciətlərinin hazırlanması və təhlilində təcrübə
  • Analitik qabiliyyət və işgüzar fəallıq
  • Komanda ilə işləmək bacarığı
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq ingilis və ya rus dili bacarığı arzuolunandır
  • Yüksək səviyyədə Microsoft Excel proqramında işləmək bacarığı

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin baş mütəxəssisi qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) hr@yelo.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə