Qısa məzmun
PASHA Bank Biznes İnnovasiyaları üzrə Kiçik Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Müxtəlif kanallardan potensial müştərilərin axtarışı;
- Yeni müştərilərin cəlbi və mövcud müştərilərin davamlılığının təmin edilməsi;
- Marketinq komandası ilə müştəri cəlbi üzrə səylərin müzakirəsi və proqramların hazırlanması;
- Potensial müştərilərə satış zənglərinin və təqdimat görüşlərinin təyin edilməsi;
- Cari müştərilərdən məhsul ilə bağlı gələn sorğuların cavablandırılması;
- Müştəri istəklərinin və tələblərinin toplanması, daxili komanda ilə müzakirəsi;
- Müştərilərə edilən satış nəticələrinin izlənilməsi;
- Rəqiblərin fəaliyyətlərini və bazar vəziyyətinin izlənilməsi;
- Ən yeni və uyğun satış metodlarının analiz edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə 3 ilə yaxın
- Kompüter bilikləri: MS Office
- Xarici dil: Rus və İnglis
- Digər: Komandada iş, ünsiyyət və təqdimat bacarıqları, müştərini məkrəzdə tutma və məlumat toplama bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Biznes İnnovasiyaları üzrə Kiçik Satış Təmsilçisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...