Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect Biznesə Dəstək üzrə Layihə Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. İT/Texnologiya sahəsini yaxşı bilməlidir.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Büdcə və vaxt çərçivəsində biznes layihələrini, tədbirləri xüsusi tələb və sorğuları idarə etmək;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Mobil Şəbəkə Operatorları və müvafiq təşkilatlar ilə əlaqələri koordinasiya etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil.
- Layihələrin idarə edilməsi üzrə 5 il iş təcrübəsi. IT və Texnologiya sahəsində layihələrin idarə edilməsi üzrə iş təcrübəsinə üstünlük verilir
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- İT/Texnologiya sahəsini yaxşı bilmək;
- Layihələrin idarə olunması sahəsində müvafiq sertifikatlara sahib olmaq
- MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
- Azərbaycan və İngilis dillərini səlis bilmək.
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Biznesə Dəstək üzrə Layihə Rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...