Qısa məzmun
Ə/h 2000-2500 AZN. Prosys MMC Biznes analitika üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Agile və SCRUM haqqında biliklər olmalıdır.
İş barədə məlumat:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
İş şəraiti:
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
- Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Analitik” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Namizədə tələblər:
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Minimum 5 il iş təcrübəsi
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür
Oxşar vakansiya siyahısı:
İngilis dili (Data Science üçün )
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
HelpDesk (kiçik mütəxəssis)
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...