Biznes analitika üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000-2500 AZN. Prosys MMCBiznes analitika üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Agile və SCRUM haqqında biliklər olmalıdır.

İş barədə məlumat:

  • PROSYS MMC-nin hazırlamış olduğu 14 ədəd proqram təminatı məhsullarının inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi
  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
  • Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
  • Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
  • Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
  • Tələblərin izlənilməsi
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
  • Biznes tələblərinə görə hesabatların hazırlanması
  • Yeni funksionallığın test olunması
  • Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
  • Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
  • İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər:

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
  • Minimum 3 il iş təcrübəsi
  • İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
  • Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
  • Biznes və texnologiyanın tələblərini anlamaq
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
  • Agile və SCRUM haqqında biliklər
  • Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
  • SQL, PL/SQL üzrə biliklər
  • Balsamiq Wireframes, Jira, MSшскщыщае Office Visio proqram təminatlarını yaxşı bilmək
  • Problemlərin həll edilə bilməsi və analitik təfəkkür

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Analitik” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlə

Oxşar vakansiya siyahısı:

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı