Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Biznes Analitika üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Layihə öncəsi yoxlamaların aparılması, sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
- Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərin hazırlanması
- Qurulan modellər üzrə sifarişçi üçün təqdimatların keçirilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
Namizədə tələblər:
- Peşəkar bacarıqlara dair tələblər
- Modelio, StarUML, Balsamiq Wireframes, Jira, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək
- Xarici dil bilikləri
- İngilis və rus dilləri üzrə biliklər
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək
Oxşar vakansiya siyahısı:
Proqram təminatı üzrə mühəndis (Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...