Qısa məzmun
Prosys MMC Biznes analitika üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Agile və SCRUM haqqında biliklər olmalıdır.
İş barədə məlumat:
- PROSYS MMC-nin 14 ədəd proqram təminatı məhsullarının inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
İş şəraiti:
– İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
– Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Minimum 3 il iş təcrübəsi
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Analitik” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...